İdman

“Shamkir Chess 2018” heç-heçələrlə başladı

19 Aprel 2018 22:41
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" turnirinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, azərbaycanlı şahmat azarkeşlərinin böyük ümid bəslədiyi qrossmeysterimiz Şəhriyar Məmmədyarov beşinci dəfə keçirilən turnirin ilk turunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Ağ fiqurlarla mübarizə aparan Məmmədyarov rəqibi ilə sülh bağlayıb.

Digər təmsilçilərimiz - Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə çexiyalı David Navara ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Teymurla Rauf da bərabərliklə yadda qalıb.

Ümumiyyətlə, ilk turda baş tutan 5 görüşün hamısında qrossmeysterlər xalları yarı bölüblər.

"Shamkir Chess 2018"

19 aprel

I tur

Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5

Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5

Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5

David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704) - 0,5:0,5

Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.