İdman

Rafael: ""Mançester Yunayted"lə bağlı hər şeyi sevirdim"

19 Aprel 2018 20:55
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-ci ildə "Mançester Yunayted"dən "Lion"a transfer olunan Rafael 7 il formasını geyindiyi klubdan ayrılması haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "Yunayted"in sabiq baş məşqçisi Lui van Qaalın onun taleyinə 1 dəqiqə ərzində qərar verdiyini bildirib.

"Van Qaal məni otağına çağırdı. Söhbətimiz bir dəqiqə sürdü. Mənə klubumu dəyişməyə icazə verdi. Getməyim vaxt aldı. Çox məyus olmuşdum, "Mançester Yunayted"lə bağlı hər şeyi sevirdim".

Rafael Aleks Ferqyussonun dönəmində 3 dəfə Premyer Liqanın qalibi olmuşdu. 2014-cü ildə Lui van Qaalın baş məşqçi təyin olunmasından sonra braziliyalı futbolçu cəmi 11 oyunda meydana çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.