İdman

"Neftçi"nin iki azarkeşi polis bölməsindən buraxıldı

19 Aprel 2018 16:23
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində dünən keçirilən "Neftçi" - "Qəbələ" oyunundan sonra insident baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin azarkeşləri ilə polislər arasında qarşıdurma yaşanıb. Paytaxt təmsilçisinin məğlubiyyətini həzm edə bilməyən "Forza Neftçi" fan-klubunun üzvləri meydana petarda atıblar və təhlükəsizlik xidmətinin əməkdaşlarının buna cavabı sərt olub.

Tərəflər arasında yaşanmış insident nəticəsində iki azarkeş bölməyə aparılıb. Lakin "Forza Neftçi" fan-klubunun rəhbəri Sübhan Əliyev əməkdaşımızla söhbətində onların sərbəst buraxıldığını bildirib: "Petardanı saxlamışdıq ki, qələbə qazananda yandırarıq. Amma komanda uduzduğu üçün uşaqlar əsəbləşmişdilər. Polislər də bundan sonra üstümüzə gəldilər. 2 nəfəri maşına mindirib apardılar. Elə məni də aparmaq istəyirdilər, uşaqlar imkan vermədi. "Neftçi" klubundan da bölməyə zəng vurmuşdular. Gecə saat 2-də həmin uşaqları sərbəst buraxdılar".

Əliyev baş verənlərə görə, "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadəni də günahlandırıb: "Komanda uduzduğu üçün azarkeşlərin gözündə alov var idi. Heç kim məğlubiyyəti həzm edə bilmirdi. Uşaqlar ağlayır, ayaq üstə dura bilmirdilər. Polislər də o anda üstümüzə çox gəldi. Bir az anlaşılmazlıq yarandı. Baş verənlərdə Təmkin Xəlilzadənin də rolu oldu. Tez-tez yerə yıxılıb vaxt aparırdı. Qalmaqalın başlamasına səbəb elə bu oldu". "Qəbələ"yə səfərdə qalib gələn (2:1) "Neftçi" öz meydanında 1:3 hesabı ilə məğlub olduğundan, finala adlaya bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.