İdman

Modriç yaratdı, Ronaldu vurdu, Real xilas oldu - VİDEO - FOTO

19 Aprel 2018 10:07
0 Şərh     Baxış: 3 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının 33-cü turundada "Real Madrid" və "Atletik Bilbao" sülhlə razılaşmağa məcbur olub.

Milli.Az xəbər verir ki, "Santigo Bernabeu" stadionunda baş tutan matç 1:1 hesabı ilə bitib.

Oyuna sürətli başlayan qonaq komanda 14-cü dəqiqədə hesabı açıb. Keylor Navasla təkə-tək mübarizədən Uiliyams qalib ayrılıb.

"Atletik" bu hesabı 87-ci dəqiqəyə qədər qoruya bilib. Luka Modriçin zərbəsindən sonra ayağı ilə topa, sadəcə, toxunan Kriştianu Ronaldu qola öz adına yazdırıb.

Qeyd edək ki, hazırda La Liqada "Real Madrid" 68 xalla 3-cü, "Atletik Bilbao" isə 40 xalla 13-cu dür.

Adil Nəcəfov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Real Madrid 1:1  Athletic Bilbao

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.