İdman

Rayola Donnarummanı PSJ-yə təklif edib

17 Aprel 2018 18:50
0 Şərh     Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsüm Fransa çempionluğunu rəsmiləşdirən PSJ yeni qapıçı axtarışlarını davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, məşhur agent Mino Rayola Paris klubuna maraqlarını təmsil etdiyi Canluici Donnarummanın xidmətlərini təklif edib.

19 yaşlı qolkiperə 70 milyon avro qiymət qoyulub. Amma PSJ-nin əsas məqsədi Yan Oblak ("Atletiko") və Alisson Bekerdir (PSJ). Oblakın buraxılış qiyməti 100 milyon avrodur. Parislilər onu heyətə qatmaq üçün bu mövsüm "Valensiya"ya icarəyə verdiyi Qonzalo Quedeşi də "Atletiko Madrid"ə göndərməyi düşünür. PSJ-nin digər hədəfi isə "Çelsi"nin qapıçısı Tibo Kurtuadır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.