İdman

Benzema: "Fransa millisinə lazım olsam, məni harda axtaracaqlarını bilirlər"

17 Aprel 2018 18:01
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in hücumçusu Kərim Benzema 2015-ci ildən dəvət almadığı Fransa millisi haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı forvard bunları deyib:

"Fransa himnini oxumamaq? Marselyoza müharibəyə səsləyir. Bu, mənim xoşuma gəlmir.

Sənin haqqında baş nazir danışırsa, futbol ikinci plana keçir. İdman və siyasəti qarışdırmaq olmaz. Mənim işimi siyasət çətinə saldı. Bu period mənim üçün asan olmadı. Hətta bir gün həbsdə qaldım və 1 gün gec Madridə qayıtdım. İndi 30 yaşım var, iki övlad sahibiyəm. Keçmişə sakit baxıram. Fransa millisinə lazım olsam, məni harda axtaracaqlarını bilirlər".

Benzemanın Fransa himnini oxumamasına yerli federasiyanın prezidenti Noel Le Qre və ölkənin baş naziri də münasibət bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.