İdman

İntizam Komitəsi Abbasovları cəzalandırdı

17 Aprel 2018 15:56
0 Şərh     Baxış: 536

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri və Premyer Liqanın XXIII turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlar qəbul olunub. 

Ölkə kubokunda "Neftçi" ilə matçının 68-ci dəqiqəsində "Qəbələ", 71-ci dəqiqədə "Neftçi" azarkeşləri pirotexniki vasitələrdən yararlanıb. Bu səbəbdən, hər iki klub 800 manat cərimələnib. 

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Keşlə" - "Sumqayıt" matçının 80-ci dəqiqəsində "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).

Topaz Premyer Liqasının XXIII turunun "Sumqayıt" - "Keşlə" matçının 81-ci dəqiqəsində "Keşlə" klubunun 22 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXIII turunun "Qəbələ" - "Səbail" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXIII turunun "Kəpəz" - "Qarabağ" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 37-ci dəqiqəsində "Kəpəz" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının XXIII turunun "Zirə" - "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 51-ci dəqiqəsində "Zirə" klubunun 18 №-li futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 85-ci dəqiqəsində "Zirə" klubunun baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur(maddə 62). İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən "Zirə" klubunun baş məşqçisi Ayxan Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdir. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minir.(maddə 33).

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.