İdman

Benatia italiyalı komiki "söhbətə" çağırdı

17 Aprel 2018 19:25
0 Şərh     Baxış: 377

"Yuventus"un müdafiəçisi Mehdi Benatia Çempionlar Liqasının 1/4 finalında "Real"la oyundan (3:1) sonra italyan komik Maurisio Krozzo ilə söz savaşına çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Krozzo mərakeşli futbolçunun oyundan sonra hakimlər briqadasının işini təcavüzə bənzətməsini tənqid edib.

"Ola bilsin, Benatia təcavüzün nə olduğunu bilmir. Bunun mənasını bilmək istəyirsə, onu öz üzərində sınaqdan keçirə bilər" - komik demişdi. Benatia isə bu qıcıqlandırıcı sözləri cavabsız qoymayıb.

"Mən hər gün Vinovoda oluram və səni burda gözləyirəm, axmaq" - müdafiəçi İnstagram hesabından cavab yazıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.