İdman

Qalmaqallı hakim polis nəzarətində - Ölümlə təhdid olunub

17 Aprel 2018 14:08
0 Şərh     Baxış: 1 164

Britaniya polisi Çempionlar Liqasının 1/4 finalında keçirilən "Real" - "Yuventus" oyununun baş hakimi Maykl Oliveri qorumaq məqsədilə mühafizəçilər ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ingilis hakim və həyat yoldaşı ölümlə hədələndiyi üçün bu addım atılıb.

Qeyd edək ki, M.Oliver sözügedən qarşılaşmaya ikinci hissəsinə əlavə edilmiş dəqiqədə "Yuventus"un qapısına penalti təyin etdiyi və Canluici Buffona qırmızı vərəqə göstərdiyi üçün ölüm təhdidləri alıb. Məsələ ilə bağlı Britaniya polisi araşdırmaya başlayıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.