İdman

Mourinyo Poqbanın satışına icazə verib

17 Aprel 2018 20:15
1 Şərh     Baxış: 492

İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi Joze Mourinyo futbolçu Pol Poqbanın satışına icazə verib.

Milli.Az report-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 25 yaşlı yarımmüdafiəçinin çıxışından narazıdır. Bu səbəbdən, Mourinyo yay fasiləsində Fransa yığmasının üzvünün satışı üçün "yaşıl işıq" yandırıb.

Poqbanın xidmətində Fransa təmsilçisi PSJ maraqlıdır. Parislilərin artıq onunla danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, 2016-cı ilin yayında İtaliyanın "Yuventus" klubundan 105 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olunan Pol Poqba İngiltərə Premyer Liqasının cari mövsümündə 5 qol vurub və 9 məhsuldar ötürmə verib. O, hazırda İngiltərə Premyer Liqasında ən bahalı futbolçudur. 

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Isa · 17 Aprel 20:3200

    Pogba manchester unitede qalacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.