İdman

Azərbaycanla oyunda debüt etmiş futbolçu karyerasını bitirib - VİDEO

17 Aprel 2018 20:34
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan milli komandasının sabiq yarımmüdafiəçisi Vitali Yevstiqneyev futbolçu karyerasını 32 yaşında başa vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Yevstiqneyevin doğma klubu "Taraz" tərəfindən təntənəli yolasalma mərasimi təşkil olunub. Təcrübəli oyunçuya I Liqada "Kayrat A" komandası ilə görüşdən əvvəl 8 nömrəli forma təqdim olunub.

Qeyd edək ki, Vitali Yevstiqneyev Qazaxıstan millisində 3 oyun keçirib. O, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri görüşdə gözəl qolla yadda qalıb. 6 sentyabr 2011-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş qarşılaşmada debüt edən Yevstiqneyev 77-ci dəqiqədə meydana çıxan kimi topa ilk toxunuşundaca uzaqdan zərbə ilə fərqlənib. Lakin bu, təsəlli qolu olub və görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Azərbaycan və Qazaxıstan milliləri iyunun 5-də "Astana Arena"da yoldaşlıq görüşü keçirəcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azerbaijan 3-2 Kazakhstan. 6.9.2011 UEFA EURO 2012 Qualifier Group A

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.