İdman

Çempionlar Kuboku uğrunda mübarizə aparacaq klublar - SİYAHI

17 Aprel 2018 09:40
0 Şərh     Baxış: 837

Futbol üzrə Beynəlxalq Çempionlar Kuboku-2018 turnirinin iştirakçıları müəyyənləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, yayda keçiriləcək yarışda İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyadan ümumilikdə 17 komanda mübarizə aparacaq.

Turnirdə ən çox təmsilçisi olan ölkə İngiltərədi. Belə ki, Premyer Liqanın 6 təmsilçisi bu yarışa qatılacaq. Bunlar "Arsenal", "Çelsi", "Liverpul", "Mançester Yunayted", "Mançester Siti" və "Tottenehm"di.

İtaliya 4 klubla - "Yuventus", "Roma", "Milan" və "İnter"lə təmsil olunacaq.

İspaniyadan isə "Real", "Barselona" və "Sevilya" bu turnirdə iştirak hüququ qazanıb.

Almaniyanı "Bavariya" ilə Dortmund "Borussiya"sı təmsil edəcək.

Fransa (PSJ) və Portuqaliya ("Benfika") isə hərəyə 1 klubla təmsil olunacaq.

Turnirin oyunları müxtəlif ölkələrdə keçiriləcək. Belə ki, Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-ın bütövlükdə 20 şəhəri bu yarışa ev sahibliyi edəcək.

Qeyd edək ki, ötən il "Barselona" bu turnirin qalibi olub. 2013-cü ildən ənənəvi olaraq təşkil edilən yarışda PSJ 2 dəfə (2015 və 2016-cı illərdə), "Real" (2013) və "Mançester Yunayted" (2014) isə 1 dəfə çempion olub.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.