İdman

UEFA İsveçrə klubunu avrokuboklardan kənarlaşdırıb

17 Aprel 2018 08:20
0 Şərh     Baxış: 460

İsveçrənin "Syon" klubu 2018-2019 və 2019-2020 mövsümlərində avrokuboklarda iştirakdan məhrum edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə UEFA-nın Klublara Maliyyə Nəzarəti Komitəsi qərar çıxarıb. Səbəb kimi lisenziyalaşdırma və maliyyə feyr-pleyi qaydalarının pozulması göstərilib. "Syon"a 235 min dollar cərimə də kəsilib.

Qazaxıstan "İrtış"ı bir avrokubok mövsümündə şərti kənarlaşdırılma cəzası və 440 min avro cərimə ilə üzləşib. Pavlodar şəhərinin təmsilçisi 3 illik sınaq dövrü keçəcək.

Albaniyanın "Tirana" və Serbiyanın "Voyvodina" klubları 215 min avro cərimələniblər. Bu məbləğlər 2017-2018 mövsümündə Avropa Liqasında iştirak qarşılığında klubların gəlirlərindən çıxılacaq.

Qeyd edək ki, maliyyə feyr-pleyini pozması üzündən Bakının "İnter" (hazırkı "Keşlə") klubu 2016-2017 mövsümündə avrokuboklardan kənarlaşdırılmışdı. Kluba eyni zamanda iki transfer dövründə yeni oyunçu alması qadağan edilib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.