İdman

Karyagin Şvarseneggerə xüsusi şahmat hədiyyə edib

17 Aprel 2018 08:08
0 Şərh     Baxış: 513

Rusiyalı qrossmeyster Sergey Karyagin dünya şahmat tacı uğrunda matçın təşkilatçıları ilə birlikdə ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, aktyor Arnold Şvarseneggerə çempionatda istifadə ediləcək analoji şahmat dəstini hədiyyə edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı görüntülər şahmat üzrə dünya çempionatının "Instagram" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Arnold Şvarsenegger ürəyindəki problemlər səbəbindən Los-Ancelesdə əməliyyat edilib.

"Biz gördük ki, Şvarsenegger əməliyyatdan sonrakı bərpa zamanı şahmat oynayır və ona seçmpionat matçının rəsmi dəstini göndəririk. Tezliklə sağalın və matçı izləmək üçün Londona gəlin", - deyə videogörüntüdə bildirilir.

Şahmat üzrə dünya çempionatı norveçli Maqnus Karlsonla ABŞ-dan olan Fabian Karuan arasında noyabrın 9-dan 28-dək Londonda keçiriləcək. Karyagin 2016-cı ildəki dünya tacı uğrunda matçda Karlsenə məğlub olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.