İdman

Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum olub

16 Aprel 2018 22:11
0 Şərh     Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Çempionlar Kubokunun (İCC) builki iştirakçıları bəlli olub. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turnirdə 6 ölkədən 17 komanda iştirak edəcək.

İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyanı təmsil edəcək klublar yay boyunca çempion adı uğrunda yarışacaqlar. Matçların dəqiq təqvimi aprelin 17-də açıqlanacaq. Oyunlar Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-da keçiriləcək.

İCC-də aşağıdakı komandalar iştirak edəcəklər: "Real", "Tottenhem", "Yuventus", "Milan", "Mançester Siti", "Liverpul", "Mançester Yunayted", "Bavariya", "Çelsi", PSJ, "Arsenal", "Sevilya", "Roma", "İnter", "Borussiya D.", "Benfika" və "Atletiko".

Qeyd edək ki, turnirin ötən ilki qalibi "Barselona" olub. Ondan əvvəl PSJ iki, "Real" və "Mançester Yunayted" isə hərəyə bir dəfə kuboka sahib olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.