İdman

Pele: "Ümid edirəm Braziliya dünya çempionu olar"

16 Aprel 2018 18:30
0 Şərh     Baxış: 547

Səhhəti ilə əlaqədar Rusiyada keçiriləcək dünya çempionatına gedə bilməyəcək Pele turnir haqqında fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "futbol kralı" bunları deyib:

"Braziliya millisi 1950-ci ildə vətənində keçirilən dünya çempionatını qazana bilməmişdi. Onda atamın necə ağladığını gördüm. Həmin vaxt dedim: "Ata, ağlama. Sənə görə dünya çempionu olacam". Bunu yaddan çıxara bilmərəm, atamı xoşbəxt etmək istəyirdim. Təəssüf ki, Braziliya evdə keçirilən son mundialda da uduzdu. Amma futbol sürprizlər boxçası kimidir. Ümid edirəm ki, bəxtimiz gətirər və 2018-ci il dünya çempionatının qalibi olarıq".

Pele karyerası ərzində 1958, 1962 və 1970-ci ildə dünya çempionu olub.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.