İdman

Qurbanov Mahir Mədətovu cəzalandırdı

16 Aprel 2018 16:21
0 Şərh     Baxış: 1 048

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının hücumçusu Mahir Mədətovu cəzalandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Qurbanov Mahirin hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib.

Qeyd edək ki, Mədətov "Qarabağ"ın "Kəpəz"ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb.

Sport7.az isə məlumat yayıb ki, gənc futbolçu məşqə gecikdiyi üçün təcrübəli mütəxəssis onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir.

Qeyd edək ki, bu yaxınlarda Qurban Qurbanov Elvin Yunuszadəni də əvəzedici heyətə göndərmiş, lakin sonradan onu bağışlamışdı.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.