İdman

"Ayaks" azarkeşləri klub rəsmiləri ilə hesablaşmağa çalışıb

16 Aprel 2018 19:04
0 Şərh     Baxış: 295

Hollandiya Erediviziyasının 31-ci turunda "PSV Eyndhoven"in qonağı olan "Ayaks" 3 cavabsız qolla qalib gələrək çempionluğu rəsmiləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Amsterdam klubunun azarkeşləri komandanın bu yenilgisindən, təbii olaraq hiddətlənib. Təxminən 150 azarkeşdən ibarət olan qrup futbolçuları daşıyan avtobusu saxlayıb klub rəsmiləri ilə haqq-hesab çəkməyə çalışıblar.

Bundan sonra futbolçular, baş məşqçi Erik ten Haq və direktor Edvin van der Saar avtobusdan düşüb. Azarkeşlər bu mövsüm alınan nəticələrdə Van der Saarı ittiham edib. Fanatlarla qısa söhbətdən sonra avtobus yoluna davam edib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.