İdman

45 yaşlı qapıçı dünya çempionatına aparılacaq

16 Aprel 2018 19:23
0 Şərh     Baxış: 1 028

Futbol üzrə Misir milli komandasının qapıçısı Əhməd Əl-Şenavi Rusiyadakı dünya çempionatında iştirak edə bilməyəcək.

Milli.Az goal.az-a sitinadən xəbər verir ki,  27 yaşlı oyunçu dizindəki zədə ilə bağlı mundialdan kənarda qalacaq. Əl-Şenavi müayinə və müalicə üçün Almaniyaya gedəcək. Onun əvəzinə 45 yaşlı əlcək sahibi Essam Əl-Hadari dünya çempionatında forma geyinəcək.

Bu, baş versə, Əl-Hadari dünya çempionatları tarixində ən yaşlı futbolçu olacaq. Hazırda bu ünvan DÇ-2014-ə 42 yaşında ikən Kolumbiya yığmasının heyətində qatılmış Türkiyə "Qalatasaray"ının sabiq qapıçısı Fərid Mondraqona məxsusdur. Dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.