İdman

"Real Madrid" - "Yuventus" matçının hakimi təhdid edildi

16 Aprel 2018 20:33
4 Şərh     Baxış: 1 026

Çempionlar Liqasının 1/4 final mərhələsində "Real Madrid" - "Yuventus" görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, əvvəlcə onun həyat yoldaşı "Tvitter"də təhdid olunub. Naməlum şəxslər qadının "Tvitter"dəki səhifəsinə təhqiramiz ifadələr yazıblar. Sonra isə cütlüyü tellefonla təhdid etməyə başlayıblar. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Maykl Oliver "Yuventus"-un qapıçısı Canluici Buffona Çempionlar Liqası matçında qırmızı vərəqə göstərib. 40 yaşlı qolkiper Real-i oyunun uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakimlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.

Buffon isə öz növbəsində ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib.

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Don Karliyone · 16 Aprel 21:4962

    Italyanlar düz eliyirler ..Hakimin dersini vermek lazimdir , basqa hakimlere ders olsun !

    Cavab yaz
  • Anonim
    elvo · 16 Aprel 21:5462

    Mən də hakimi təhdid edirəm tüprüm hakimin üzünə mudar.real loxdur.reala hakimlər kömək edir

    Cavab yaz
  • Anonim
    Tənqidçi · 16 Aprel 22:2214

    Nç nç nç...Barsa fanatları nə yanırlar....Barsadı Baransadı nədi amma onu dəqiq bilirəm ki,ROMA Baransa ilə birlikdə messinidə mələtdilər...xaxaxaxa.

    Cavab yaz
    • Anonim
      Kor yazar · 17 Aprel 01:1121

      Tenqidçi mellim roma Barselona nı meletdise öz aramızdı yuventusda realı meletdi baxmayarağ kı haramzade 1 qol vurdu real ama yuventus realı sürüdü xaxaxaxa

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.