İdman

“Bavariya” “Real” görüş öncəsi itki ilə üz-üzə

16 Aprel 2018 20:56
0 Şərh     Baxış: 750

"Bavariya"nın yarımmüdafiəçisi Arturo Vidalın Çempionlar Liqasının yarımfinalında "Real"la keçiriləcək ilk görüşdə iştirakı sual altındadı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çilili futbolçu məşqdə dizindən zədə alıb və meydançanı komanda yoldaşlarının yardımı ilə tərk etmək məcburiyyətində qalıb.

Arturo Vidal bənzər zədə səbəbindən Münhen klubunun son iki oyununda iştirak etməyib.

Qeyd edək ki, "Bavariya" və "Real" arasındakı ilk görüş aprelin 25-də keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.