İdman

Avropa kubokunda 7 medal

16 Aprel 2018 12:23
0 Şərh     Baxış: 508

Rusiyanın Sankt-Peterburq şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək, çempion olub. Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq), Murad Fatıyev (81 kq) və Gültac Məmmədəliyeva Sankt-Peterburqda bürünc medala layiq görülüb.

Yığmamız bu nəticə ilə komanda hesabında 3-cü yeri tutub. Ölkəmizi Rusiya və Yaponiya qabaqlayıb.

Qeyd edək ki, Avropa kuboku yarışında qitənin 17 ölkəsindən 259 cüdoçu mübarizə aparıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.