İdman

Millimiz sonuncu oldu

16 Aprel 2018 10:31
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bosniya və Herseqovinada təşkil edilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA İnkişaf turnirinə yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi 3-cü - sonuncu görüşünü meydan sahiblərinə qarşı keçirib.

Oyun Bosniya və Herseqovina yığmasının 3:2 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub.

Qeyd edək ki, ilk iki qarşılaşmada Xorvatiya (0:1) və Makedoniyaya (0:2) yenilən U-17 millimiz turniri sonuncu pillədə tamamlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.