İdman

Portuqaliyalı gimnast: "Bakıda Avropa Çempionatında çıxış etməkdən xoşbəxtəm"

16 Aprel 2018 08:35
Baxış: 237

Bakıda batut gimnastikası üzrə Avropa Çempionatında çıxış etməkdən xoşbəxtəm.

Milli.Az bildirir ki, bu barədə Trend-ə batut gimnastikası üzrə Avropa Çempionatının fərdi yarışlarının qalibi portuqaliyalı gimnast Dioqo Qançinyo deyib.

D.Qançinyo bildirib: "Mən çox xoşbəxtəm. Bu mənim Avropa çempionatlarında ilk medalımdır və qızıldır. Bu həmçinin Portuqaliyanın tarixində batut gimnastikası üzrə ilk qızıl medaldır və mən çox xoşbəxtəm onu mən qazandım. Bu medal mənim üçün, mənim ölkəm üçün və bizim idman növümüz üçün çox vacibdir. Ümid edirəm ki, bu, daha çox idmançı yetişdirməyə kömək edəcək".

Poetuqaliyalı gimnast yarışların təşkilatını yüksək qiymətləndirib: "Hər şey mükəmməl təşkil olunmuşdu, hər şey əladı. Mən burada Bakıda etməkdən xoşbəxtəm. Burada gözəl atmosfer var. Maskot Qur-Qur da xoşuma gəldi".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan Avropa Çempionatında həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.