İdman

Rusiyalı gimnast: "Öz medalımı məşqçimə və anama həsr edirəm"

16 Aprel 2018 08:28
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öz medalımı məşqçimə və anama həsr edirəm.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ikili mini-batut üzrə Avropa Çempionatının gümüş medalçısı Rusiyalı gimnast Timofey Lazutin bildirib.

T.Lazutin deyib: "Bakıda Çempionatın təşkilatı çox xoşuma gəldi. Burada rahatdır və idmançılar üçün bütün şərait yaradılıb. İştirak etdiyim bütün büynəlxalq yarışlar arasında Azərbaycanda keçirilən Çempionat daha çox xoşuma gəldi".

Onun sözlərinə görə, bu onun Bakıya ilk səfəridir: "Bütün vaxtım məşqlərə gedib və şəhərə hələ tam baxmamışam. Əgər vaxt olsa, mütləq şəhəri gəzəcəm".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan Avropa Çempionatında həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.