İdman

Rusiyalı gimnast: "Bakıda Avropa Çempionatında hər şey mükəmməl təşkil olunub"

16 Aprel 2018 07:41
Baxış: 235

Bakıda Avropa Çempionatında hər şey mükəmməl təşkil olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə tamblinq üzrə Avropa Çempionatında bürünc medal qazanan rusiyalı gimnast Vadim Afanasyev bildirib.

V. Afanasyev deyib: "Bakıda yarışlarda ilk dəfə iştirak edirəm və demək istəyirəm ki, Avropa Çempionatının təşkilatı çox yaxşıdır, tamamilə hər şey xoşuma gəldi. Hər şey yüksək səviyyədə edilib, hər şey mükəmməldir".

Rusiyalı gimnastın sözlərinə görə, Bakıda azarkeşlər göstərdikləri dəstək ilə uğurlu çıxışa köklənməyə kömək edirdilər.

Qeyd edək ki, aprelin 15-i Milli Gimnastika Arenasında batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olub. Bu gün hər üç növü üzrə yeniyetmələr və böyüklər arasında fərdi final yarışları keçirilib.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir, ikili mini-batut üzrə isə Selcan Musayeva təmsil edib.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.