İdman

Mixail Malkin: İnanılmaz hisslərdir, mən belə hisslər hələ yaşamamışam

16 Aprel 2018 00:02
Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnanılmaz hisslərdir, mən belə hisslər hələ yaşamamışam.

Milli.Az bildirir ki, bu barədə Trend-ə tamblinq üzrə Avropa Çempionatının qalibi Azərbaycanlı gimnast Mixail Malkin deyib.

M.Malkin bildirib: "Əlbəttə, mənə doğma divarlar və yanımdal olan dostlarım kömək etdi. Amma, doğma divarlarda çıxış etmək çətindir, çünki məsuliyyət artır. Azarkeşləri qeyd etmək istəyirəm, onlar çox dəstəkləyir. Çempionatda idmançılar arasında dost və döyüş mühiti var, biz bir-birimizi uzun illərdir tanıyırıq".

M.Malkin öz qələbəsini nənəsinə həsr etdiyini qeyd edib.

Qeyd edək ki, aprelin 15-i Milli Gimnastika Arenasında XXVI Avropa Çempionatı

Qeyd edək ki, aprelin 15-i Milli Gimnastika Arenasında batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olub. Bu gün hər üç növü üzrə yeniyetmələr və böyüklər arasında fərdi final yarışları keçirilib.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir, ikili mini-batut üzrə isə Selcan Musayeva təmsil edib.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.