İdman

“Barselona” 38 oyunluq rekordu 38 il sonra qırdı - FOTO

15 Aprel 2018 20:59
4 Şərh     Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının XXXII turunda öz meydanında "Valensiya" ilə qarşılaşan "Barselona" 2:1 hesablı qələbə qazanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla da kataloniyalılar yeni rekorda imza atıblar.

Sonuncu dəfə ötən mövsüm məğlubiyyət acısı yaşayan komanda arıdıcıl 39 matçdı ki, meydanı başıaşağı tərk etmir.

Sonuncu məğlubiyyətsiz oyunlar seriyası 38 matçla "Real Sosyedad"a məxsus olub. San-sebastyanlılar 1979-80 ci illərdə 38 görüşdə rəqiblərinə şans verməmişdi.

Qeyd edək ki, "Barselona" 39 oyunda 32 qələbə, 7 heç-heçə əldə edibsə, "Real Sosyedad" 22 qələbə, 16 bərabərliyə razılaşmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.