İdman

Neymar “Real”a keçməyə qorxdu

15 Aprel 2018 20:46
0 Şərh     Baxış: 1 345

Fransanın PSJ klubunun hücumçusu Neymar İngiltərənin "Mançester Yunayted" komandasına transferi nəzərdən keçirir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Don Balon" yazır.

Nəşrin məlumatına əsasən, futbolçu "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Maurinyo ilə işləmək istəyir. Qeyd edilir ki, "Mançester Yunayetd"lə Neymar arasında ilkin razılıq artıq əldə olunub.

Qəzet yazır ki, hücumçu Madridin "Real" klubuna keçmək istəməyib. Neymar ehtiyatlanır ki, əvvəllər "Barselona"da çıxış etdiyi üçün "kral klubu"nun azarkeşləri onun qəbul etməyəcəklər.

Neymar PSJ-ni Fransa çempionatının və Parisdə yaşayışın aşağı səviyyədə olduğundan tərk etmək qərarına gəlib.

Xatırladaq ki, Paris təmsilçisi 2017-ci ilin yayında braziliyalı futbolçuya görə 222 milyon avro ödəyib. Cari mövsümdə o, 30 oyunda 29 qol vurub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.