İdman

Avropa çempionu: "Azərbaycan Gimnastika Federasiyası yarışlarda indiyə qədər gördüyüm ən yaxşı təşkilatçılıq səviyyəsini təmin edib"

15 Aprel 2018 16:30
Baxış: 734

Azərbaycan Gimnastika Federasiyası yarışlarda indiyə qədər gördüyüm ən yaxşı təşkilatçılıq səviyyəsini təmin edib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə tamblinq üzrə Avropa çempionu adını qazanmış Böyük Britaniya gimnastı Ceydon Paddok deyib.

O bildirib: "Mənim sözüm yoxdur, bu qızıl medala çox şadam. Bu, mənim iştirak etdiyim ən çətin yarış idi, xoşbəxtəm ki, planlaşdırdığım hər şey alındı".

Gimnast əlavə edib ki, təşkilatçılıq yüksək səviyyədədir:

"Hər şey cədvələ uyğun, ləngimədən davam edir. Məşqlərdə və digər məsələlərd heç bir problem olmayıb.

Qeyd edək ki, Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.