İdman

Azərbaycan gimnastları: "Doğma meydançada medal qazanmaqdan çox məmnunuq"

15 Aprel 2018 16:20
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa çempionatında gümüş medal qazandığımızı hələ tam dərk etməmişik.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan gimnastları Svetlana Makştaryova və Veronika Zemlyanaya deyib.

Onlar mükafatı qazandıqları üçün çox sevindiklərini bildirib:

"Hələ də buna inana bilmirik, bəlkə də bir həftə sonra başa düşəcəyik. Bu, artıq dördüncü yarışdır ki, biz ikinci yer tuturuq. Ümid edirik ki, gələcəkdə daha da yaxşı olacaq".

Qeyd edək ki, Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.