İdman

Buffon: "Heç nədən peşman deyiləm"

15 Aprel 2018 16:07
0 Şərh     Baxış: 1 343

"Yuventus"un qapıçısı Canluici Buffon Çemionlar Liqasının 1/4 finalında "Real"la oyunda baş verənlər barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan qolkiper son saniyələrdə qapısına penalti təyn olunması ilə bağlı bunları deyib:

"Penaltinin olmadığını demirəm. Sadəcə epizod mübahisəlidir. Oyunun sonuna 20 saniyə qalırdı. Fikrimcə, belə səviyyəli oyunları çox idarə edən təcrübəli hakim fərqli qərar qəbul edərdi. Həmin epizod əminliklə penalti təyin etməyə imkan vermir. Oliver karyerası irəlidə olan gənc oğlandır. Situasiya çox qəliz, dolaşıq və məsuliyyətli idi. Heç nədən peşman deyiləm. Mən də canlı insanam, emosiyalarım var. Bəhanə axtarmıram. Bəzən özümdən çıxıram, amma Buffon belədir".

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.