İdman

Azərbaycan gimnastları gümüş medal qazandı

15 Aprel 2018 15:57
Baxış: 273

Azərbaycan gimnastları Svetlana Makştaryova və Veronika Zemlyanya Bakıda keçirilən Avropa çempionatında batut üzərində sinxron tullanma yarışlarında gümüş medal qazanıblar.

Milli.Az-ın Trend-ə istinadə məlumatına görə, onlar 47,000 xal toplayıblar.

Bu növdə Avropa çempionu adını Belarus gimnastları Anna Qonçarova və Marina Makarinskaya, bürünc medalları ukraynalı cütlük Svetlana Malkova və Nataliya Moskvina əldə edib.

Qeyd edək ki, Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.