İdman

Neymar: "Kavani ilə məsələmizi təkbətək həll etdik"

15 Aprel 2018 15:50
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin hücumçusu Neymar komanda yoldaşı Edinson Kavani ilə yola getməməsi barədə söz-söhbətlərə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz hər şeyin həllini tapdığını bildirib. Qeyd edək ki, Kavani və Neymar penalti yerinə yetirməyə görə konflikt yaşamışdı.

"İlk vaxtlar aramızda müəyyən fikir ayrılığı vardı. Amma problemi həll etdik. Bir neçə gün sonra oturub vəziyyəti müzakirə etdik. Biz 2 yaxşı futbolçu olmaqla barabər, həm də kişiyik. Edinsonla məsələmizi təkbətək, heç kimi bu məsələyə qatmamaqla həll etdik. Konfliktin şişirdilməsi media materiallarının reytinqi üçün lazım idi. Oxşar hadisələr gündəmdə saxlanılır. Komandanın konsentrasiyasına təsir etmək baxımından bunlar pisdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.