İdman

Tamaşaçı: "Azərbaycan gimnastlarına azarkeşlik edirik"

15 Aprel 2018 15:04
Baxış: 393

Dördüncü gündür ki, biz batut, ikili mini-batut və tamblinq üzrə Avropa çemionatını izləməyə gəlirik.

Milli.Az bildirir ki, bunu Trend-ə tamaşaçı Günay Əliyeva deyib. O bildirib ki, hər şey çox gözəl təşkil olunub:

"Əlbəttə ki, Azərbaycan komandasına azarkeşlik edirik və onların nəticələrinə sevinirik. Yarışları izləməyə mən öz qızımı da gətirmişəm. O da gimnastika ilə məşğul olur və Olimpiya çempionu olmaq arzusundadır".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.