İdman

Salah Droqbanı da keçdi

15 Aprel 2018 12:04
0 Şərh     Baxış: 1 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının XXXIV turu çərçivəsində "Bornmut"la qarşılaşan "Liverpul" 3:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, həmin matçda komandasının qollarından birini vuran "qırmızılar"ın misirli hücumçusu Muhammed Salah yeni rekorda imza atıb.

"Liverpul"un heyətində ilk mövsümündəcə bütün turnirlərdə artıq 40 qol vurmuş Muhammed Salah hamını qabaqlayıb. Buna qədər Fernando Torres 2007/08 mövsümündə "Liverpul"la birinci mövsümündə 33 qola imza atmışdı.

Hazırda Premyer Liqada 31 oyundan sonra 30 qola imza atan Salah "Tottenhem"li Harri Keyni 6 qol qoyaraq, turnirin bombardiri olmaqla yanaşı, bu göstəricidə rekord qırıb.

2009/10 mövsümündə Didye Droqba "Çelsi" forması ilə 29 dəfə fərqlənmişdisə, Salah bu rəqəmi daha da yaxşılaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.