İdman

"Yuventus"un qapıçısını meydandan qovan hakim təhdid edilir

15 Aprel 2018 10:29
2 Şərh     Baxış: 1 589

Çempionlar Liqasının İtaliyanın "Yuventus" klubu ilə İspaniya "Real Madrid"i arasında 1/4 final mərhələsinin cavab görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilir.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, əvvəlcə onun həyat yoldaşı "Twitter"də təhdid olunub. Naməlum şəxslər qadının "Twitter"dəki səhifəsinə təhqiramiz ifadələr yazıblar.

Sonra isə cütlüyü telefonla təhdid etməyə başlayıblar. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Maykl Oliver İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffona Çempionlar Liqası matçında qırmızı vərəqə göstərib. 40 yaşlı qolkiper İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakimlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.

Buffon isə, öz növbəsində, ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    elvo · 15 Aprel 13:0964

    Buffon əsil qapıçıdır.real öz stadionunda buffona qol vura bilmirdir.amma hakimlər reala kömək etdi.məndə hakimi təhdid edirəm tüprüm hakimin üzünə

    Cavab yaz
  • Anonim
    Cəbrayıl · 15 Aprel 17:0520

    Mən hesab edirəm ki, belə gərgin keçən oyunda şübhəli penalti göstərməmək olardı. Əlavə vaxtda hansı komanda güclü olsaydı o da yarımfinala çıxardı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.