İdman

“Qarabağ”ın futbolçusu Gəncədə daşa basıldı - FOTO

14 Aprel 2018 23:44
2 Şərh     Baxış: 2 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Topaz Premyer Liqasının 23-cü turunda Gəncədə "Kəpəz"in qonağı olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, matçın gedişində xoşagəlməz hal baş verib. Belə ki, görüşün 35-ci dəqiqəsində yerli fanatlar Ağdam klubunun futbolçusu Donald Gerryeyə yad əşyalar atıblar.

Fanatlardan birinin atdığı daş onun başına dəyib. Həkim yerə yıxılan haitili futbolçuya yardım göstərib. Yarımmüdafiəçi oyunu yalnız bundan sonra davam etdirə bilib.

Oyunun nəticəsinə gəlincə, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bu onun Ağdam klubunun əsas heyətində ilk rəsmi qolu olub.

Qeyd edək ki, "Qarabağ"ın 23 oyundan sonra 56 xalı var. Onun əsas izləyicisi "Qəbələ" isə 22 oyundan sonra 41 xal toplayıb. Müəyyən əlverişli şərait yaransa, "Qarabağ" artıq növbəti matçda özünə ardıcıl beşinci dəfə çempion titulunu təmin edə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.