İdman

Bakıda keçirilən Avropa Çempionatı çərçivəsində batutda tullanma üzrə finalçılar məlum olub

14 Aprel 2018 23:27
Baxış: 365

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişilər arasında batutda tullanma üzrə 26-cı Avropa çempionatının finalçıları məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, finala fransız idmançılar Allan Morante və Sebastyan Martini, rusiyalı Dmitriy Uşakov və Mixail Melnik, belaruslu idmançı Mikita İlyinıx, Portuqaliya təmsilçisi Dioqo Qançinyo, almaniyalı Kirilo Sonn və polşalı Artur Zakrjevski yüksəliblər.

Azərbaycanlı gimnast İlya Qrişunin yarımfinalda 58,620 bal toplayıb və doqquzuncu yer tutaraq, finalda ilk rezervist olub. Qrişunin sabah finalda ilk səkkizlikdən kimsə yarışlara qatılmadığı təqdirdə iştirak edə biləcək.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.