İdman

Bakıdakı Avropa Çempionatı gözəl təşkil olunub - Fransa Gimnastika Federasiyasının prezidenti

14 Aprel 2018 21:11
Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı çox gözəl təşkil olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fransa Gimnastika Federasiyasının prezidenti Ceyms Blato deyib.

"Bu belə bir böyük idman sarayında keçirilən gözəl təşkil olunmuş yarışmadır. Hər şey çox-çox yaxşı təşkil olunub və bir birini tamamlayır. Görünür ki, təşkilatçılar yarışmanın belə yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələn hər şeyi ediblər. Azərbaycan Gimnastika Federasiyası (AGF) ilə əməkdaşlığa gəldikdə isə, biz onun prezidenti və başqaları ilə çox yaxşı tanışıq, dostuq. Biz bütövlükdə əməkdaşlığımızdan çox razıyıq, eləcə də bu yarışlar çərçivəsində", deyə Fransa Gimnastika Federasiyasının prezidenti bildirib.

Blato qeyd edib ki, bu səfər çərçivəsində, nəhayət ki, Bakıya baxmaq imkanını əldə edib: "Mən Bakıda olmuşam, lakin şəhərə baxmağa imkanım olmamışdır. Nəhayət, bu gün səhər şəhəri gəzdim. Şəhərin həm tarixi hissəsi, həm də müasir arxitekturası məni heyran etdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.