İdman

Fərid Qaibovun rəhbərliyi altında UEG-i parlaq gələcək gözləyir - Portuqaliya Gimnastika Federasiyasının prezidenti

14 Aprel 2018 20:56
0 Şərh     Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fərid Qaibovun rəhbərliyi altında Avropa Gimnastika İttifaqını (UEG) parlaq gələcək gözləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Portuqaliya Gimnastika Federasiyasının prezidenti Joao Paulo deyib.

Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatını izləyən federasiya prezidenti bildirib: "Mən Fəridi artıq neçə ildir ki tanıyıram. O, yalnız azərbaycanlı idmançılar üçün deyil, bütün gimnastlar üçün çox iş görür. Hesab edirəm ki, onun UEG-də dörd illik prezidentliyi çox uğurlu olacaq. Onun çox maraqlı ideyaları var və bəzilərini artıq həyata keçirməyə başlayıb. Biz nəticələri gözləməliyik, lakin artıq indidən deyə bilərəm ki, Fəridin rəhbərliyi altında UEG-i parlaq gələcək gözləyir".

Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətinə də toxunan J.Paulo deyib ki, federasiyanı dünyanın fəal federasiyası adlandırmaq olar.

O bildirib: "Azərbaycan Gimnastika Federasiyasını dünyanın ən fəal federasiyası adlandırmaq olar. Federasiya gözəl təşkil olunub, daim gimnastlar üçün yeni konsepsiyalar düşünür. Burada həmişə bizə xoş təssüratlar bağışlamağa çalışan peşəkarlar və gözəl insanlar işləyir. Bir sözlə, Azərbaycan Gimnastika Federasiyası haqqında yaxşı sözlər deyə bilərəm".

J.Paulo həmçinin portuqaliyalı gimnastların Bakıda Avropa çempionatındakı çıxışlarını yüksək qiymətləndirib: "Bizim idmançılar çox xoşbəxtdirlər, onlar artıq 5 medal qazanıblar, ümid edirəm yenə qazanacaqlar. Sabahki günü gözləmək lazımdır ki, görək necə alınacaq. Dünən artıq böyüklər arasında komanda yarışlarında batut hərəkətlərində biz tarixi medalımızı qazanmışıq - bu ilkimiz idi və göstərir ki, bizim federasiya inkişaf edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.