İdman

Batut gimnastikası üzrə Avropa çempionatının üçüncü gününün qalibləri mükafatlandırılıb - FOTO

14 Aprel 2018 20:53
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününün komanda çıxışları üzrə "böyüklər" kateqoriyasında kişilər və qadınlar arasında qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tamblinq üzrə komanda çıxışlarında qadınlar arasında qızıl medalı Böyük Britaniya təmsilçiləri qazanıblar. Gümüş medala rusiyalı, bürünc medala isə fransalı idmançılar layiq görülüblər. Kişilər arasında birinci yeri Rusiya, ikinci Böyük Britaniya, üçüncü yeri isə Danimarka yığması tutub.

İkili mini-batut üzrə komanda yarışlarında qızlar arasında qızıl medala Rusiya, gümüş medala Böyük Britaniya yığması, bürünc medala isə Portuqaliya yığması layiq görülüb. Oğlanlar arasında birinci yerə rusiyalı gimnastlar, ikinci yerə portuqaliyalı, üçüncü yerə isə ispaniyalı idmançılar çıxıblar.

Mükafatlandırma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) Batut gimnastikası üzrə Texniki komitəsinin prezidenti Vladimir Zeman, UEG-nin prezidenti Fərid Qaibov, vitse-prezidenti Rudolf Hediger, UEG-nin Texniki komitəsinin üzvləri Luiş Nunyes, Patrik Ziqfrid və Konrad Bojakovski, batut üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin, UEG-nin fəxri prezidenti Jorj Gelzek, UEG-nin baş direktoru Liza vortman və İttifaqın idman koordinatoru Linda Davila iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.