İdman

Bakı azarkeşləri öz dəstəkləri ilə gimnastları daha yaxşı çıxış etməyə həvəsləndirir - Portuqaliya idmançısı

14 Aprel 2018 19:13
Baxış: 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı azarkeşləri öz dəstəkləri ilə gimnastları daha yaxşı çıxış etməyə həvəsləndirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu portuqaliyalı idmançı Joana Abrantes deyib.

O qeyd edib: "Zalda ab-hava möhtəşəmdir, azarkeşlər bizi çox yaxşı dəstəkləyir ki, bu da bizi daha yaxşı çıxış etməyə həvəsləndirir".

Portuqaliyalı gimnast bildirib ki, Bakıda çıxış etmək ona çox mühüm təcrübə bəxş etdi:

"Azərbaycan Gimnastika Federasiyasına çempionatı belə yüksək səviyyədə təşkil etdiyinə görə minnətdaram. Biz hətta yarışların belə yüksək səviyyədə təşkil olunacağını gözləmirdik. Hər şey sadəcə əladır".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü günü davam edir.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.