İdman

İlya Qrişunin: Azərbaycan Gimnastika Federasiyası yarışların təşkilində hər şeyi xırdalığına qədər nəzərə alır

14 Aprel 2018 18:59
Baxış: 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda keçirilən idman tədbirlərinin səviyyəsi çox yüksəkdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxışından sonra Azərbaycan gimnastı İlya Qrişunin deyib.

İ.Qrişunin bildirib ki, Milli Gimnastika Arenasında çıxış etmək onun üçün çox rahatdır:

"Ona görə yox ki, evdə çıxış edirəm. Ona görə ki, burada ab-hava möhtəşəmdir, azarkeşlər həvəslə dəstəkləyirlər. Bu gün tapşırıq yerinə yetirilir. Ümid edirik ki, finala çıxıb ən güclü səkkizlikdən biri olacağıq".

Gimnast qeyd edib ki, çempionatda iştirak edən digər ölkələrin idmançıları da burada təşkilatçılıqdan çox razıdırlar:

"Bunu eşitmək çox xoşdur. Çox xoşdur ki, Azərbaycan Gimnastika Federasiyası hər şeyi xırdalığına qədər nəzərə alaraq yarışların təşkilinə belə ustalıqla yanaşır".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü günü davam edir.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.