İdman

Azərbaycan gimnastları Veronika Zemlyanaya və Svetlana Makştareva: Biz medal qazanmaq istəyirik

14 Aprel 2018 17:06
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı gimnastlar Veronika Zemlyanaya və Svetlana Makştareva Batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında yüksək nəticələr əldə etməyə ümidvardır.

"Ümid edirəm ki, finala düşəcəyik və ən yaxşı nəticə göstərəcəyik. Biz medal istəyirik və bunu qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bakıda Avropa çempionatı təşkilati cəhətdən yüksək səviyyədə təşkil olunub, hətta bəzi olimpiadalar bizdəki kimi təşkil olunmur. Başqa ölkələrdən gələn idmançılar təəccüb içərisindədir", - Makştareva Trend-ə deyib.

Veronika Zemlyanaya isə öz çıxışı barədə danışaraq qeyd edib ki, müəyyən dərəcədə həyəcan keçirib: "Mənə azarkeşlər həyəcanı atmaqda kömək oldular".

Zemlyanaya deyib ki, gimnastıar üçün hər cür şərait yaradılıb, onlara yalnız uğurla çıxış etmək və medal qazanmaq qalır.

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.