İdman

İsveçdə 11 yaşlı azərbaycanlı uşaq şahmatda birinci yerə çıxdı - FOTOLAR

14 Aprel 2018 16:47
0 Şərh     Baxış: 1 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə yaşayan azərbaycanlı uşaq şahmat turnirində birinci yerə çıxıb.

Bu barədə məlumatı Milli.Az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

"Turnirdə qələbə qazanan Məhəmməd Əli Nəzərli 25 ildir ki,Stokholmda fəaliyyət göstərən İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun kiçik üzvlərindən biridir. Məhəmməd Əli İsveçin "Dagens Nyheter" qəzetinin təşkil etdiyi "Şahmat 2018" yarışmasının 11 yaşlılar arasında Stokholm üzrə birinciliyini qazanıb. Bu qürurvericidir. Onun parlaq gələcəyindən xəbər verir. Gələcəkdə nüfuzlu yarışlarda iştirak edəcək. Bir azərbaycanlı kimi bundan fəxr etməmək mümkün deyil. Məhəmməd Əli Azərbaycan ruhunda tərbiyə alır. Valideynləri onu vətənpərvər,milli ruhda böyüdürlər. 

Üzvü olduğu dərnək Stokholmda fəaliyyət göstərir. Dərnək Azərbaycanla bağlı tədbirlər təşkil edir".

ı Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.