İdman

Foqts "Bavariya"ya yeni baş məşqçi təyinatını şərh etdi

14 Aprel 2018 14:40
0 Şərh     Baxış: 745

"Niko Kovaçın "Bavariya"nın baş məşqçi postuna təyinatı əla qərardır və mənim üçün təəccüblü deyil".

Milli.Az report.az-a istinadən bildirir ki, bunu futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts deyib.

72 yaşlı mütəxəssis bildirib ki, Kovaç "Ayntraxt"dakı işi ilə ayrı-ayrı oyunçuları və komandanı daha yaxşı səviyyəyə çatdırmağa qadir olduğunu göstərib: "O, komandanı Almaniya Kubokunun finalına çıxarıb. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan güclü kollektiv formalaşdırıb. Niko sübut edib ki, Bundesliqaya həyəcan qatmağa qadirdir. Xorvatiya millisinin baş məşqçisi kimi də təcrübə toplayıb".

Qeyd edək ki, Berti Foqts Azərbaycan millisində 2008 - 2014-cü illərdə çalışıb. Niko Kovaç isə 2001 - 2003-cü illərdə futbolçu qismində "Bavariya"nın formasını geyinib. Hazırda "Ayntraxt"a rəhbərlik edən Kovaç Münhen komandasının sükanı arxasına cari mövsüm yekunlaşdıqdan sonra keçəcək. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.