İdman

Fərid Qayıbov zədəli Böyük Britaniya gimnastını ziyarət edib

14 Aprel 2018 13:44
Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov və baş direktoru Liza Vortman Bakı xəstəxanalarının birində britaniyalı gimnast, gənclər arasında Avropa və dünya çempionu İzabell Sonqhersti ziyarət edib.

Milli.Az xəbər verir ki, Trend bu barədə UEG-in saytına istinadən məlumat verir.

Qeyd olunur ki, İ.Sonqherst bir neçə gün əvvəl məşq zamanı zədə alıb. Xəstəxanaya yerləşdirilən gimnast topuq burxulması ilə bağlı əməliyyat olunub.

F.Qayıbov bildirib ki, onlar gimnastı ruhlandırmaq üçün ziyarət edib:

"Mən İzabellin özünü necə hiss etdiyi barədə şəxsən əmin olmaq istəyirdim. Mən ona bildirdim ki, UEG və yerli təşkilat komitəsi onu dəstəkləmək üçün hər şeyi edəcəyini dedim".

İ.Sonqherst öz növbəsində tezliklə sağalacağına və noyabr ayında keçiriləcək dünya çempionatına hazırlıqlara başlaya biləcəyini ümid etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.