İdman

"Vaxtında futboldan getsəydi, hörmətsizlik görməzdi" - Kann Buffon haqda

14 Aprel 2018 16:54
0 Şərh     Baxış: 808

"Karyeranı başa vurmaq üçün düzgün vaxtın seçilməsi ən əsas məsələlərdəndir. Buffon karyerasını vaxtında başa vursaydı, "Real"la oyundakı hörmətsizliyi görməzdi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya millisinin və "Bavariya"nın sabiq qapıçısı Oliver Kann deyib.

O, "Bild"ə açıqlamasında "Yuventus"un qapıçısı Canluicci Buffonun karyerasını başa vurmalı olduğunu bildirib:

"Nə vaxtsa futboldan getməlisən. Mən də daha 2-3 il oynaya bilərdim. Filip Lam da karyerası ilə bağlı doğru qərar verdi. Buffona da artıq karyerasını bitirməsini məsləhət görürəm. Təbii ki, Buffonun karyerasına Madriddə aldığı qırmızı vərəqə ilə qiymət vermək düzgün deyil. O, dünya çempionu və əla qapıçıdır. Bax, Buffonu bu cür xatırlamaq lazımdır".

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.