İdman

Yığmamız 120 ölkə arasında 5-ci oldu

14 Aprel 2018 11:22
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tunisin Hammamet şəhərində gənc taekvondoçular arasında keçirilən dünya birinciliyi başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması 120 ölkədən 962 idmançının qatıldığı mundialı 5-ci sırada tamamlayıb.

Buna 1 qızıl və 1 gümüş medala sahib olan oğlanlardan ibarət komandamız nail olub. Belə ki, həmyerlilərimizdən Cavad Ağayev (63 kq) çempion tituluna yiyələndiyi halda, Xanoğlan Kərimov (51 kq) yalnız finalda məğlubiyyətə üzülüb.

Qeyd edək ki, dünya birinciliyindən öncə Minayə Əkbərova (44 kq) Argentinada təşkil ediləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziyaya da sahib olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.